NATO belə addım atsa, yeni dünya müharibəsi başlayacaq – XƏBƏRDARLIQ

0
41

“NATO əsgərlərinin Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb ola bilər”.

Bu barədə “RİA Novosti”yə Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar məlumat verib.

“Mən NATO əsgərlərini Ukraynaya göndərmək niyyətini yeni dünya müharibəsinə gətirib çıxara biləcək səbəb hesab edirəm”, o vurğulayıb.

Mayın 3-də Ukrayna lideri Volodimir Zelenski bildirib ki, xarici kontingent Ukraynaya yalnız münaqişə bitdikdən sonra gələ bilər.

Aprelin 11-də Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Qərb Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün sülhməramlı missiya adı altında Ukraynaya təxminən 100 min nəfərlik kontingent yeritməyi planlaşdırır.

Eyni zamanda, “The Times” qəzetinin yazıb ki, Ukrayna üzrə “istəklilər koalisiyasına” daxil olan Avropa ölkələri üçün maliyyə və kadr çatışmazlığı səbəbindən Moskva ilə Kiyev arasında münaqişə başa çatdıqdan sonra respublika ərazisinə hətta 25 minlik qoşun toplamaq çətin olacaq.