“Tesla”nın direktorlar şurası İlon Maskı əvəz edəcək yeni icraçı direktor axtarışına başlamaq istəyir.
Bu barədə “The Wall Street Journal” insayderlərə istinadən məlumat yayıb.
Mövcud məlumata görə, hazırda məşhur amerikalı iş adamı və ixtiraçının xələfinin axtarışının formatı üzərində iş aparılır.
Məlumata görə, “Tesla” direktorlar şurasının narazılığına səbəb İlon Maskın ABŞ prezidenti Donald Trampın yanında Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyəti olub. Şirkətin yüksək vəzifəli şəxsi hesab edir ki, iş adamı öz rəsmi vəzifələrinə həddən artıq çox vaxt ayırmağa başlayıb.
Bununla belə, həmkarları ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, İlon Mask prioritet vəzifələri üzərində işləməyə davam edir. Daha əvvəl ixtiraçı “Neurolink” texnologiyasının yaradılmasında uğur qazandığını və iflic olan insanın başqaları ilə yenidən ünsiyyət qura bildiyini bəyan edib.