Məşhur idmançının məşqçisindən şok etiraf

0
447

İyunun 2-də ağır çəki boks matçında Andi Ruiz və Antoni Coşua qarşı-qarşıya gəlmişdi. Antoni Coşuanı nakautla yenən Ruiz çempion olmuşdu.

Coşua isə başına dəyən zərbələrin təsirindən beyin sarsıntısı keçirmişdi. İdmançının məşqçisi Rob Makkraken aylar sonra bununla bağlı şok açıqlamalar verib.

Mütəxəssis Coşuanın döyüş zamanı başından aldığı iki zərbədən sonra yıxıldığını və daha sonra ona qəribə şəkildə baxdığını etiraf edib. Makkraken bildirib ki, idmançısının başında problem olduğunu bilib, amma döyüşü dayandırmasını istəməyib:

“Onu heç tanımayan, sadəcə, bir-iki dəfə görüşdüyü mütəxəssislərdən yaxşı tanıyıram. 9 ildi onunla çalışıram və dayanması yeri bilən adamam. Fasilədə mənə “Niyə özümü belə hiss edirəm” demişdi. Qorxulu yuxu kimi idi. Sarsıntı keçirdiyini bilirdim, amma daha bir neçə tur davam edib-edə bilməyəcəyini və ya hara qədər gedə biləcəyini test etdim”.