Çində 10G internet sınaqdan keçirilib

0
14

Çinin texnologiya nəhəngləri “Huawei” və “China Unicom” birlikdə 10G yüksəksürətli internet pilot layihəsini həyata keçiriblər.

Bu barədə “Huawei”in mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, texnologiyanın tətbiqi fiberoptik şəbəkələrin arxitekturasını modernləşdirən, bir abunəçiyə düşən ötürmə qabiliyyətini 10 giqabitlik göstəricilərə qədər artıran və gecikməni millisaniyəlik səviyyəyə endirən innovativ 50G PON-a əsaslanır.

Sınaqlar zamanı 3 millisaniyə sabit gecikmə ilə veb-sayta yükləmə (upload) sürəti 9 834 Mbit/s-ə, veb-saytdan yükləmə (download) sürəti isə 1 008 Mbit/s-ə çatıb ki, bu da mövcud ev interneti standartlarını xeyli üstələyir.

Bildirilir ki, layihənin uğuru təkcə 50G PON-un etibarlılığını nümayiş etdirmir, həm də böyükhəcmli xidmətlərin: 8K video yayımı, “10G NAS” bulud yaddaşı, VR/AR proqramları və minimal ləngimə ilə oyun platformaların həyata keçirilməsi üçün zəmin yaradır.