Bakıda “Rus Evi” yenidən açılır? – Moskva “nikbinik” deyir

0
14

Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarırlar, hamı konstruktiv və işin bərpa olunacağına nikbindir.

Bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.

“Biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv mövqedəyik və kifayət qədər nikbinik ki, tammiqyaslı iş bərpa olunacaq”, – Primakov “Russia Today” media qrupunun mətbuat mərkəzində deyib.

O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər “Rus Evi”nin qeydiyyatı formatını müzakirə ediblər: hüquqi şəxs və ya NPO kimi.

“Bakıdakı “Rus Evi” uzun illərdir ki, respublika hökuməti qarşısında bütün zəruri öhdəlikləri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Bununla belə, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov bildirib.