Azərbaycanlı qız Tbilisidə özünü Kürə atdı

0
47

Tbilisidə Kür çayına düşən 21 yaşlı Aytac Məmmədovanın axtarışları davam etdirilir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatlara əsasən, Qardabanidən olan soydaşımız aprelin 1-də axşam saatlarında Tbilisidəki “Sülh körpüsü”ndən özünü çaya atıb. Körpüdə ona məxsus çanta və ayaqqabı aşkarlanıb.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri A.Məmmədovanın axtarışlarını altıncı gündür davam etdirirlər. Axtarış-xilasetmə tədbirləri hələ nəticə verməyib.