Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin davam edən geosiyasi dəyişikliklərə dərhal reaksiya verməsinin vacibliyini vurğulayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Danimarka Kral Hərbi Akademiyasında keçirilən forumda danışan AK sədri, cari onilliyin ikinci yarısında yeni dünya nizamının yaranmasının şahidi olacağımızı və Avropanın bu fundamental dəyişikliyə hazır olması lazım olduğunu söyləyib.
O, Aİ üçün strateji seçim məsələsini qaldırıb: xarici çağırışlara reaksiya əsasında mövcud siyasəti davam etdirmək və ya daha təhlükəsiz və qorunan Avropa qurmaq.
Bu gün Lyayenbildirib ki, Rusiya Avropa demokratiyaları ilə qarşıdurmaya hazırlaşır. AK rəhbəri qeyd edib ki, Rusiya özünün hərbi-sənaye istehsal potensialını inkişaf etdirir və Avropa demokratiyaları ilə qarşıdan gələn qarşıdurmaya hazırlaşır.
O, həmçinin təhdidlərin artdığı zaman ABŞ-ın diqqətini Hind-Sakit Okean regionuna yönəltdiyindən təəssüflənib.