“Razılığa gəlin, sizə kömək edəcəyik” – Ukrayna Lukaşenkoya görün nə təklif edib

0
12

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Kiyev ukraynalı və rusiyalı məhbusların saxlanması üçün respublika ərazisində düşərgələrin yaradılmasını təklif edib.

O, bu barədə rusiyalı jurnalist Olqa Skabeyeva ilə “Rossiya 1” telekanalına müsahibəsində danışıb.

Lukaşenkonun sözlərinə görə, Ukrayna tərəfi Belarusun həm ukraynalı, həm də rusiyalı məhbusların saxlanılacağı düşərgələrə nəzarət etməsini təklif edib. Belə düşərgələrdə məhbuslara lazımi yardım, o cümlədən tibbi yardım göstərilməli idi.

Belarus prezidenti qeyd edib ki, onun ölkəsi bu təklifə baxmağa hazırdır, ancaq Rusiya tərəfi ilə razılaşdıqdan sonra. “Razılığa gəlin – biz sizə kömək etməkdən məmnun olarıq”, – Lukaşenko Ukraynanın təklifinə cavab verib.