İstehlakçını onlayn ticarətdə belə alıb-aldatdılar

0
10

Abşeron rayonu Qurtuluş-93-də yaşayan Sahibə Kərimova onlayn ticarətdə aldadılıb.

O, İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Surəti «Təzadlar»a təqdim edilən şikayətçi E.Hüseynova ünvanlı müraciətində yazır: «Ötən ilin dekabrın 13-də onlayn səhifədən ev üçün qiyməti 384 AZN olan mebel dəsti götürdüm. Şifahi olaraq dedilər ki, zənanət veririk, nə problem olsa həll edəcəyik. Lakin səhhətimlə bağlı əməliyyata girdiyim üçün açıb istifadə etmədim. Bu dəst iki ədəd bar stul və stolundan ibarət Sifariş evə gətiriləndə gördüm ki, oyuncaq kimi keyfiyyətsiz bir məhsuldur. Yəni, internetdə təqdim olunan reklam xarakterli imiş. Və internet səhifəsində göstərilənə qətiyyən bənzəmirdi. Gətirəndə xəstəliyimlə bağlı mallara diqqətlə baxa bilmədim. Kredit cədvəlini imzalatatdırıb tez də getdilər. Yalnız stolu quraşdırdılar, sonradan məlum oldu ki, stulları yoxlamadan sınıq-salxaq halda göndəriblər. Dərhal zəng edib dükandan Toğrul  adlı şəxsdən (0508755673) soruşanda və tələb edəndə ki, stulları ya qaytarın, ya da dəyişdirin, dedi ki, məhsula söz yoxdu, çox keyfiyyətlidir, sizə  zəmanət verirrəm və s. Men bunla bağlı müraciət etdim yenidən satış üzrə menecer Toğrul Əliyevə (0508758473). O, əvvəl dedi ki, problem deyil, simzə əlimdən gələn köməyi edəcəyəm. Sonra bir də zəng edəndə dedi ki, mənlik deyil…».

Şikayətçi Əyyub Hüseynovdan kömək istəyir.

Bəli, məsələ belədir ki, istehlakçılar bəzən adi nəzarətsizliyə, satıcıların yağlı dilinə, reklamına inanıb aldıqları malın keyfiyyətinə diqqət etmirlər. Sonradan isə belə problemlər ortaya çıxır.