“ABŞ kosmosun mənimsənilməsi prosesində Marsa və ondan da uzaqlara öz bayrağını sancacaq”.
ABŞ Prezidenti Donald Tramp belə bir vədlə çıxış edib.
O, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat qarşısında ölkənin vəziyyəti, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı danışıb.
“Biz elmin yeni geniş sərhədlərini fəth edəcəyik, insanlığı kosmosa aparacağıq və ABŞ-nin bayrağını Mars planetində, hətta ondan da uzaqlarda sancacağıq”, – deyə Ağ Evin rəhbəri bildirib.
O, növbəti dörd illik hakimiyyəti dövründə Yer planetində indiyə qədər mövcud olmuş ən azad, inkişaf etmiş, dinamik və güclü sivilizasiyanı qurmaq niyyətində olduğunu vurğulayıb.