Azərbaycan tarixinin qəhrəmanlıq səifəsini yazanlardan biri , şəhid Bayramov Aydın Mətləb oğlunun kitabınin təqdimatı Garden hotel de təqdimatı keçirildi.
Təqdimatdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və
Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Daha sonra
Azərbaycan ordusunun qəhraman əsgəri şəhid Bayramov Aydınin ömür yolundan bəhs edən videoçarx nümayiş olundu
Təqdimatda şəhid ailələri, qazilər, Qəbələ yazarları, Oğuz yazarlari, ictimai təşkilatların rəhbərləri, müəllim ,şagird kollektivi, Qəbələ rayon Mədəniyyət Mərkəzinin nümayəndələri ,şəhidin ailə üzvləri,yaxın qohumları , Qəbələ TV iştirak etmişdir.
Sonra kitabın müəllifi, səhid bacısı Gülanə Nəsrullayeva çıxış edərək qadası ilə qürur duyduğunu söyləmiş, gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Təqdimatda gələn qonaqlar çıxış etmiş , şəhidlərimizin valideynlərinə səbr dinləmişlər
Sonda şəhidin adınıa yazılmış ” Murov Pələngi” kitab gələn qonaqlara hədiyyə edilmişdir
Şəhidin bacısı Gülanə Nəsrullayeva fəxri fərman ilə təltif olunmuşdur.
Təqdimat şagirdlərin şeirləri ilə başa çatmışdır.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri








