Banklarda qızıl ehtiyatları çökdü: Devalvasiya olacaq?

0
15

Rusiya banklarında qızıl ehtiyatları 2024-cü ilin sonunda iki dəfə azalaraq 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə çatıb.

Bu barədə RBC Rusiya Bankının məlumatlarına istinadən məlumat yayıb.

Materialda qeyd olunur ki, bu il yanvarın 1-nə qiymətli metallar və daşlardakı qalıqları əks etdirən hesablarda 325,4 milyard rubl olub. Eyni hesabat tarixində təmizlənmiş qızılın qiymətləri nəzərə alınmaqla, bu metalın 38,1 tonu kredit təşkilatlarında saxlanılıb ki, bu da 2023-cü ilin payızında üç illik maksimum həddə çatdığı vaxtdan iki dəfə çoxdur.

Qeyd edilir ki, böhran və sanksiyalar fonunda Rusiya banklarının qızılla ixrac əməliyyatlarının həcmini artırdığı 2022-ci ilin iyul ayından bu qiymətli metalın kredit təşkilatlarının balansındakı ehtiyatları ümumilikdə artıb.

Bununla belə, ötən il pul ifadəsində qiymətli metallar hesablarında qalıqlar 23,6% azalıb. Fiziki ifadədə isə onlar 33 tondan çox (-46,4%) azalıb. Nəşr vurğulayır ki, ehtiyatlarda belə kəskin azalma 2020-ci ildən bəri müşahidə olunmayıb.