Mask bu ölkəni dağıtmaq istəyir – Bill Qeytsdən reaksiya gəldi: Dəlilikdir

0
28

Milyarder Bill Qeyts İlon Maskın ifrat sağçı siyasətçilərlə əlaqələrini və digər ölkələrin, o cümlədən Böyük Britaniyanın siyasətinə qarışmaq cəhdlərini “çılğın dəlilik” adlandırıb.

Son həftələrdə Mask on il əvvəl baş vermiş zorlama qalmaqalını ört-basdır etdiyi iddiası ilə Britaniya siyasətçilərinə qarşı bir sıra hücumlara başlayıb.

“The Guardian” qeyd edir ki, Böyük Britaniya hazırda Maskın bəzi bizneslərini, o cümlədən “X” sosial şəbəkəsini məhdudlaşdıran yeni internet təhlükəsizliyi qanunu hazırlayır.

Bill Qeyts Maskı təkcə sağçı siyasətçiləri deyil, hətta daha da ifrat sağçıları dəstəklədiyinə görə tənqid edib.

Mask həmçinin ifrat sağçı, anti-immiqrant Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyib.

“Demək istəyirəm ki, bu dəlilikdir. AfD-nin tərəfdarısınız… Əgər kimsə çox ağıllıdırsa, o, necə kömək edə biləcəyi haqda düşünməlidir. Amma bunlar populist hisslərdir”, – Qeyts deyib.

“Microsoft”un həmtəsisçisi multimilyarder texnoloji titan yoldaşının “həddi aşdığını” bildirib.

“Onun ölkələrdə siyasi vəziyyəti poza bilməsi həqiqətən dəlilikdir. Mən hesab edirəm ki, ABŞ-da əcnəbilərə pul vermək qanunsuzdur; digər ölkələr super zəngin əcnəbilərin seçkiləri təhrif etməmələrini təmin etmək üçün tədbirlər görməlidirlər. Həm Çində, həm də Almaniyada avtomobil zavodları olan, raket biznesi böyük ölçüdə suveren dövlətlərlə əlaqələrdən asılı olan, ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaltmaqla məşğul olan və beş şirkətə rəhbərlik edən bir adamın Böyük Britaniyaya getmək haqqında niyə bu qədər fikirləşdiyini başa düşmək çətindir”, – milyarder vurğulayıb.