2025-ci ildə dünyanı nə gözləyir? – Rusiya kəşfiyyatı rəsmən açıqladı

0
14

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, qarşıdan gələn ildə dünyada vəziyyət sakit olmayacaq.

Narışkin bu barədə “RİA Novosti”yə müsahibəsində deyib.

“Bu gün artıq aydındır ki, 2025-ci il sakit il olmayacaq”, – Narışkin bildirib.

Onun fikrincə, biz indi birqütblü, köhnəlmiş dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidiyik.

“Və bu prosesin, əlbəttə, öz riskləri var, çox çətindir”, – kəşfiyyat rəhbəri qeyd edib.

Qeyd edək ki, Moskva müxtəlif səviyyələrdə birqütblü dünya nizamının qəbuledilməzliyi və beynəlxalq münasibətlərin daha balanslı arxitekturasına ehtiyac olduğunu dəfələrlə bəyan edib.