Çində dronları stadion ölçüsündə “uçan boşqab”a çevirən texnologiya icad olundu

0
29

Çinli tədqiqatçılar elektron müharibə sahəsində oyun qaydalarını dəyişə biləcək yeni texnologiyalar hazırlayırlar. Onlar “iPad” ölçüsündə kiçik bir reflektorun, radar ekranında stadion ölçüsündə nəhəng uçan naməlum obyekt (UNO) kimi görünməsini təmin edən üsul tapıblar. Bu texnologiya radarın ekranında dronun əvəzinə nəhəng uçan boşqabın görüntüsünü yaradır.

Bu barədə Milli Müdafiə Texnologiyaları Universitetinin mütəxəssisləri xəbər veriblər.

Alimlərin sözlərinə görə, yeni texnologiya əks-səda yaradan radar qurğusunun istifadəsinə əsaslanır. Bu qurğu düşmənin radar ekranlarında kiçik bir pilotsuz təyyarəni nəhəng “uçan boşqab” kimi maskalamağa imkan verir.

“Belə qurğularla təchiz edilmiş pilotsuz təyyarə sürüsünü təsəvvür edin. Bizim qurğularımız düşmənin radarlarını tam olaraq yükləyərək, real hədəflərin aşkarlanmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər”, – deyə universitetdən bildirilib.

Qeyd edək ki, bu cür qurğuların yaradılması ideyası 1959-cu ildə təqdim edilmiş bir patentdən irəliləyərək meydana çıxıb. Lakin uzun illər davam edən tədqiqatlardan sonra alimlər yalnız indi bu sahədə əhəmiyyətli irəliləyiş əldə edə biliblər.