“Google” yeni süni intellekt modelini təqdim etdi

0
14

Google” bu günə qədər ən qabaqcıl süni intellekt modeli olan “Gemini 2.0″ı təqdim etdiyini açıqlayıb.

“Google” və “Alphabet”in CEO-su Sundar Pichai bununla bağlı açıqlama verib.

O açıqlamasında deyib ki, “Gemini 2.0” ilkin olaraq seçilmiş test qruplarına və “Gemini Advanced” abunəçilərinə ayda 20 dollara təklif olunacaq:

“Bu versiya ətrafınızdakı dünyanı daha yaxşı başa düşəcək. Nəzarətiniz altında sizin adınıza hərəkətə keçəcək. “Google” gələn ildən etibarən texnologiyanı “Chrome”, “YouTube” və xəritələr daxil olmaqla pulsuz xidmətlərinə inteqrasiya etməyi planlaşdırır. Təqdimat “Google”un davam edən antiinhisar iddiası ilə üst-üstə düşür. Avqust ayında bir hakim “Google”un axtarış motoru təcrübəsinin antiinhisar qanunlarını pozduğuna qərar verib və şirkəti qeyri-qanuni monopoliya kimi qələmə verib.

ABŞ Ədliyyə Departamenti noyabr ayında hakimdən şirkətin “Chrome” brauzerini satmağı rəsmi olaraq tələb edib. “Alphabet”in “Google” onlayn axtarışda monopoliyasına son qoymaq üçün məlumat və axtarış nəticələrini rəqibləri ilə paylaşmalı və digər tədbirlər görməlidir, o cümlədən satışını həyata keçirməlidir”.