Sağlam yaşlanmaq üçün lazım olan yuxu saatları müəyyən edildi

0
28

Alimlər sağlam yaşlanmaq üçün nə qədər yuxunun lazım olduğunu müəyyən ediblər.

Araşdırma çərçivəsində 2011, 2013 və 2015-ci illərdə 45 və daha yuxarı yaşda olan təxminən 3500 insanın yuxu vərdişləri qeydə alınıb.

Beş il sonra sağlamlıq yoxlamasından keçən iştirakçıların məlumatları Çinin “Wenzhou” Tibb Universitetinin komandası tərəfindən təhlil edilib.

İştirakçılar 4 il ərzində yuxu vərdişlərinə görə qiymətləndirilib: uzun (8-9 saat nizamlı yuxu), normal (7-8 saat müntəzəm yuxu), az (orta hesabla 8 saatdan aşağı), qısamüddətli (müntəzəm olaraq 5-6 saat).

Nəticələr araşdırıldıqda gündə ən az 7 saat yatanların daha sağlam olduğu müəyyən edilib.

Tədqiqatçıların məqalələrində sağlam yaşlanma xroniki xəstəliklərdən azad olmaq, heç bir fiziki qüsuru olmamaq, yaxşı psixi sağlamlıq və həyatda aktiv iştirak kimi müəyyən edilmişdir.