Rusiyanın ödəmə bazarı ələ keçirildi: Hesablar, müştəri vəsaitləri bloklana bilər

0
31

Bu günə qədər ödəniş agentləri və ya vasitəçilər Çindən Rusiyaya malların ödənilməsinin əsas üsuluna çevriliblər.

Bu barədə “Vedomosti” qəzeti bankların və hüquq firmalarının bilgilərinə istinadən məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, bazar iştirakçılarının fikrincə, yayın əvvəlində (Moskva Birjasına qarşı sanksiyaların tətbiqindən əvvəl) ödəniş agentlərinin payı təxminən 15-20 faiz təşkil edirdi. Beləliklə, bir neçə ay ərzində Çindən Rusiyaya malların ödəniş strukturunda vasitəçilərin payı 50 faiz bəndindən çox artıb.

Bildirilir ki, hazırda bir çox iri Rusiya bankları vasitəçilik xidmətlərini təklif edir. Eyni zamanda, müştərilər Çinə ödəniş etmək üçün hazır infrastrukturdan istifadə edə bilərlər. Vasitəçilər, adətən, ödəniş kimi əməliyyatlarda kömək üçün faiz alırlar.

Mütəxəssislər belə sxemin artan populyarlığını ABŞ Xəzinədarlığının sanksiyalara nəzarəti gücləndirməsi fonunda birbaşa əməliyyatların aparılması ilə bağlı problemlərlə izah edirlər. Çinin regional və iri dövlət bankları ikinci dərəcəli sanksiyalara düşmək riskləri səbəbindən Rusiya idxalçılarından bu cür köçürmələrə xidmət göstərməkdən çəkinirlər. Vasitəçilərin iştirakı ilə aparılan əməliyyatlar bu cür ödənişlərin həyata keçirilməsində Rusiya Federasiyasının iştirakını gizlətməyə kömək edir. Bununla belə, agentlik sxemi də müəyyən risklər daşıyır. Onların hesabları müştəri vəsaitləri ilə birlikdə bloklana bilər. Bu səbəbdən, ödənişləri müşayiət edən bütün sənədləri diqqətlə yoxlamaq lazımdır.