Şəhid olan polisim, əsgər olan Polisim – ŞEİR

0
646
Şəhid olan polisim, əsgər olan Polisim - ŞEİR
POLİSİM
Cümhuriyyət yaşıdı, illərin yadigarı,
Sinəsi döyüşlərdə səngər olan Polisim.
Vətənin dar günündə harayına yetişən,
Şəhid olan polisim, əsgər olan Polisim.
Yolun hamar olmayıb, keçib qardan, borandan,
Hələ də qan damlayır Vətən adlı yarandan.
Neçə-neçə qəhrəman boy veribdi sırandan,
İşi, gücü, əməli hünər olan Polisim.
Gedir üzü sabaha mətin addımlar ilə,
Bu xalq ilə səs-səsə, bu xalq ilə əl-ələ.
Qarşıda qələbələr, yubileylər var hələ,
Dilində haqq kəlməsi əzbər olan Polisim.

 

Hafiz Hacxalıl