Dünyada 15 milyondan çox insan bu zədə ilə yaşayır: Əsas səbəbi bəllidir

0
11

Onurğa beyni iflici bir insanın üzləşə biləcəyi ən ağır travmalardan biridir.

Onurğa beyni bədəndəki bütün əzələləri idarə edən sinirlərin mərkəzidir.

Buna görə də onurğa zədələndiyi zaman qol, ayaq və gövdədə hərəkət itir.

Türkiyəli həkim Bilge Yılmaz bildirib ki, dünyada 15 milyondan çox insan onurğa beyni zədəsi ilə yaşayır:

“Ölkəmizdə aparılan statistik araşdırmalara görə, hər milyonda 40 insanın onurğa beyni zədələnməsindən əziyyət çəkdiyi təxmin edilir. Yaralanmaların əsas səbəbi yol qəzalarıdır.

Təəssüf ki, onurğa iliyi zədələnməsindən sonra fərdlərin sidik və nəcis etmə qabiliyyəti pozulur, daxili orqan funksiyalarında itkilər olur.

Yəni insanın bütün həyatına təsir edən ciddi zədədir. Xüsusilə 16-30 ya. arasında olan gənclərdə daha çox rast gəlinir”.