Ermənistan parlamenti Azərbaycanla bağlı bu məsələni müzakirə edir

0
51

Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini müzakirə edir.

Reqlament layihəsi dünən parlamentin beynəlxalq əlaqələr üzrə daimi komissiyası tərəfindən təsdiq edilərək, plenar iclasa təqdim olunub.

Layihə hazırda parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Əsas məruzəçi sərhəd komissiyasının Ermənistan tərəfindən olan sədri, baş nazirin müavini Mher Qriqoryandır.

Keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” müxalifət fraksiyası iclası boykot edib.