“WhatsApp”da daha bir yenilik

0
12

“WhatsApp” sosial şəbəkəsinə vaxta qənaət etməyi asanlaşdıracaq yeni funksiya gəlir.

Mütəxəssislərinin fikrincə, istifadəçilər sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əldə edəcək. Videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirmək olacaq.

Yenilik tətbiq beta versiyasında iOS cihazları üçün əlçatandır. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı isə açıqlanmayıb.