Vətən sevdalısı

0
32

Qəbələ rayonu Əmirvan kənd şəhid Əfqan Abdurrahmanovun 4- cü il dönümü qeyd olundu .
Tədbirdə kənd sakinləri, şəhid ailələri ,qazilər , Qəbələ TV, kənd icra nümayəndəsi, mədəniyyət mərkəzin nümayəndələri, yazarlar ,şəhidin ailə üzvləri , yaxınları iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə tər çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Gələn qonaqlar şəhidin qəhrəmanıligindan danışmış,ailə üzvlərinə başsağlığı vermişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Şəhid Əfqan Abdurahmanov 1976 ci il may ayının 25-də Qəbələ rayonu Əmirvan kəndindən olan Ağasəf Abdurahmanovun ailəsində dünyaya göz açıb. 1997 ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. Hərbi təhsil aldığı dövrdə nizam-intizam ilə seçilirdi. 2001 ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun oldu və bir il müddətində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində praktikada olur. Bir il sonra (2002 ci il) N saylı hərbi hissədə xidmətə başladı. Tabeçiliyində olan hərbi qulluqçulara qarşı qayğıkeş qardaş,ata kimi yanaşır, imkan daxilində köməkliyini də əsirgəmirdi. Qulluq etdiyi müddətdə Türkiyə, Çexiya , Çində Müdafiə Nazirliyinin sərəncamı ilə müxtəlif kurslara,hərbi təlimlərə qatıldı. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində polkovnik leytenant kimi iştirak etmişdi. Bir neçə döyüşlərdə iştirak edir, qəhrəmanlıqlar göstərir, bir neçə ərazinin işğaldan azad olunmasında yaxından iştirak edirdi. Əfqan Abdurahmanov Suqovuşan fatehlərindən biri kimi tanınır.. 2020 ci il 10 oktyabrda Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qəbələ rayonu Əmirvan kəndində dəfn olunub. Allah rəhmət etsin.

Təltifləri

“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı

“Qüsursuz xidmətə görə” III dərəcəli medalı

“Qüsursuz xidmətə görə” II dərəcəli medalı

“Qüsursuz xidmətə görə” I dərəcəli medalı

“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” (1991-2001) yubiley medalı

“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubiley medalı

“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı

“Azərbaycan Ordusunun 100 illiyi”(1918-2018) yubiley medalı

(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı(ölümündən sonra)

(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

(29.12.2020)– ” Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunub

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və inkişaf Mərkəzin Qəbələ rayon nümayəndəliyinin rəhbəri