Ukrayna Rusiyanın iştirakı ilə ikinci sülh sammiti keçirmək istəyir

0
10

“Kiyev Rusiyanın iştirakı ilə ikinci sülh sammiti keçirmək istəyir”.

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Ankarada keçirdiyi brifinqdə deyib.

Eyni zamanda, diplomat Kiyev və Moskva arasında birbaşa ikitərəfli danışıqların mümkünlüyünü istisna edib.

Səfirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukrayna ilə birlikdə oturub bu ölkədə sülh üçün atıla biləcək addımların siyahısını tərtib edəcək.

Görüşün üçüncü tərəflərin də iştirak edəcəyi formatda keçirilməsi və danışıqların üçüncü tərəflər vasitəsilə aparılması planlaşdırılır.

Bodnar əlavə edib ki, Türkiyə mühüm vasitəçi olacaq.