Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq

0
37

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edilib ki, 2026-cı ildə – Ermənistanın Meğri və 2027-ci ildə – Belarusun Molodeçno şəhərinə bu status veriləcək.

2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı seçilmişdi.