İctimai Nəzarət Koalisiyası – 9: vətəndaş cəmiyyəti – sosial sektorun açıq və kreativ brendi!

0
93

Prezident İlham Əliyevin ictimai nəzarətin aktuallığı haqqında tarixi çıxışından sonra vətəndaş cəmiyyəti sektorunda ölkə başçısının bu aktual çağırışına birincilər sırasında cavab verən 11 təsisatın, o cümlədən “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB ilə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi 2015-ci ildə İctimai Nəzarət Koalisiyası təsis edəndə, cəmiyyətin əksər hissəsi bu məlumatı bədbinliklə qarşıladı. Bir ildən sonra qardaş Türkiyə, uzaq Avropa, ABŞ və Kanada, qonşu İran, Rusiya və Belarusdan olan diaspor nümayəndələrimiz, ziyalılarımız da daxil olmaqla Azərbaycanın 100-dən çox ictimai təsisatı, eləcə də QHT, KİV, yeni media, vətəndaş cəmiyyətini təmsil edən qeyri-formal qruplar, eləcə də sahibkarlar və sıravilərdən tutmuş tanınmışlara qədər ökə vətəndaşlarını təmsil edən çoxsaylı şəxslərin qoşulduğu bu yeni Koalisiya ictimai-sosial həyatımızın ən aktiv qüvvəsinə çevrildi. 

Qısa müddətdə respublikamızın bütün şəhər, rayon, qəsəbə, hətta kəndlərində bölmə və nümayəndəliyini təsis edən İNK ən yeni tariximizdə, son illərin respublikamızın bir saylı Vətəndaş Cəmiyyəri Platformasına çevrildi. Və həmişə olduğu kimi, qara qüvvələr, eləcə də onun təsiri altına düşənlər, trollar hüqum etməyə yeni qüvvə tapdılar: axı nə KİV, nə QHT sektoru, nə də partiyalarda geniş kütlələrə təsiretmə imkanı qalmışdı. İctimai Nəzarət Koalisiyası isə qısa zaman müddətində ictimai-sosial, hətta hüquqi-mədəni sferadakı bu böşluğu həm real fəaliyyəti ilə, həm də İnternetüstü, xüsusən də sosial şəbəkələr və yeni media alətləri ilə doldurmağı na üzv qəbul edildi.

Beləcə, 2016-cı ildən etibarən vətəndaş cəmiyyəti və QHT sektorunda partlayışa səbəb olan çoxsəmərəli fəaliyyəti ilə dövlətə ayı xidməti göstərən, Prezident tərəfindən göstərilən yüksək etimadı doğrultmayan, rüşvətxor, ali siyasi hakimiyyətə göz dikən məmur və onların trollarını sosial şəbəkədə boş-boş danışmaqla deyil, elə sosial şəbəkələrin özündə canlı yayımlanan tədbir, layihə, innovativ fəaliyyətlər və minlərlə vətəndaşın birləşdiyi ictimai şəbəkəsiylə heyrətləndirən İNK cəmiyyətdə ciddi mövqe – söz sahibinə çevrildi. 

Daha sonralar İNK qardaş Türkiyədə Xocalı soyqırımı parkı və Ana fəryadı abidəsinin açılışı, İstanbulda, Anadoluda, Rusiya – Moskva, Sibir və Başqırdıstanda reallaşdırılan Dünya Azərbaycanlı İntellektuallarının forumları ilə milli diaspor quruculuğundakı verdiyi töhfələr, Azərbaycan həqiqətllərini dünyada tanıdılmasındakı xidmətlər, tanınmışların ölkəmizə səfərini təşkil edərək, dövlətimizin dostlarının sayını artırmaqla xarici siyasətimizdəki qatqılarıyla tanındı.

Azərbycanda qarışıqlıq yaratmağa çalışan xaricdəki qara qüvvələrin, eləcə də Rusiya və Ermənistandan Avropaya qaçanlar vasitəsilə maliyyə yardımları alıb pərdələnən, Azərbaycan dövlətçiliyi üçün canından keçməyə hazır olan, müxtəlif yenilikləri ilə cəmiyyəti Prezidetn İlham Əliyev və dövlətimizin ətrafında birləşdirməyə çalışan İNK rəhbərliyinin çoxşaxəli fəaliyyətinə qara yaxmaq istəyən qüvvələrin İnternet mirzələrinə dur demirdi, əksinə, hədyanlarınıza davam edin, haqqımızda nə istəyirsin danışın, bizi reklam edin, ictimai nəzarətin fəlsəfəsini daha geniş kütlələrə çatdırın söyləyən İNK, öz fəaliyyətləri ilə, real işləri ilə daha da böyüyür, inkişaf edir, əsl sağlam ücüncü qüvvə kimi vətəndaşlarımızın etimadını qazanırdı. Teziklə sıralarına minlərlə şəxsi qata bilən İNK dövlət – vətəndaş, məmur – əhali, hüquq-mühafizə oqranları – şikayətçilər arasında əsl etimad körpüsünə çevrilməyi bacardı. 

İctimai Nəzarət Kolalisiyası və ona daxil olan təsisatlar əsasən üç istiqamətdə öz fəaliyyətini qurmağa çalışdı: 

1) Platforma olaraq sıralarına qoşulan 105 təsisatın üzvlərini sıralarında cəmləyən İNK ailəsi olaraq respublikanı tam əhatə edən ictimai şəbəkəsi iqtisadi zonalara uyğun olaraq 11 Bölgə nümayəndəliyi, rayon və şəhərlərdəki şöbələri, eləcə də iri kənd və qəsəbələrdəki bölmələri ilə Azərbaycanda unikal ictimai-sosial sistem yaradaraq yerli, məhəlli, eləcə də milli problemlərin həllində maarifçilik missiyası yerinə yetirirdi.

2) Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi, YYSİB, həmçinin tərəfdaş QHT, ənənəvi, yeni və elektron KİV orqanları, İnternet və sosial şəbəkə resursları vasitəsilə, eyni zamanda, vətəndaşlarla dövlət qurumları, məhkəmələr, biznes strukturları, hüquq-mühafizə orqanları arasındakı münasibətlərin tənzimlənməsində, yaranan münaqişələrin həllində fəal iştirak etməklə nüfuz qazandı. 

3) Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB və İNK xarici ölkələrdəki çoxsaylı nümayəndəlikləri, eləcə də tərəfdaşlarıyla milli diaspor hərəkatında yeni canlanma yaratmaqla planetimizə səpələnmiş 55 milyonluq soydaşlarımızı birləşdirmək üçün apardığı çoxillik işləri, layihə və tədbirləri ilə tanındı! Bu istiqamətdə əsasən qonşu ölkələrdə kompakt halda yaşayan azərbaycanlılarla münasibətlərə xüsusi geo-mədəni, ictimai-sosial əhəmiyyət verməklə çoxsaylı layihələr həyata keçirdi.

Respublikamızı və Rusiya, Türkiyə, Gürcüstan, İran, İraq, Ukrayna kimi geomədəni maraqlarımız olan dövlətləri əhatələyən İNK Ailəsi – Qlobal İctimai Nəzarətçilər Şəbəkəsi haqqında İnternetdəki minlərlə sayt linkləri vasitəsilə geniş məlumatlar almaq mümkünlüyünü nəzərə alıb, gördüyümüz yüzlərlə işləri sadalamağa ehtiyac görmürük.

DAMMİB-nin prezidenti, xalq yazıçısı Çingiz Abdulayevin ideoloji-mənəvi, İNK İH sədri, DAMMİB-nin l vitse-prezidenti, SİMİB-nin sədri, tanınmış ictimai xadim Rasim Məmmədovun birbaşa rəhbərliyi altında istər Bakıda yerləşən Mərkəzi Qərargahda keçirilən çoxsaylı gündəlik görüşlər, həftəlik tədbirlər, istərsə də Türkiyə, Rusiya, Ukrayna, Başqırdıstanda təşkil olunan Dünya Azərbaycanlı İntellektuallarının forumları geniş ictimaiyət tərəfindən yüksək dəyərləndirilib.

İctimai Nəzarət Koalisiyası keçdiy tarixi yola nəzər salanda maraqlı məlumatlarla rastlaşırıq. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonar, 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynayır. İNK respublikada fəaliyyət göstərən 100-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirir, cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.İNK və onun əsasən tanınmışlardan ibarət kreativ-intellektual kollektivi durmadan işləyir, çalışır, yeni innovativ-kulturoloji  məhsullarını tarixin yaddaşı üçün hazırlayır. İNK-nın əsas hədəfiləri bunlardır: milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətlərimizi zənginləşdirmək, yeni istedadları üzə çıxarmaq, milli təhsil və elmi inkişafına töhfə vermək, yeni İKT və süni intellekt sahəsinə qatqı vermək, informasiya yarşımasında fəallıq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, oradakı yeni dirçəliş proqramlarına dəstə vermək, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirməklə onların peşəkarlaşmasına stimul verməkdir.

İNK özünün www.inktv.azwww.damm.azwww.ictimaixeber.azwww.ictimainezaret.com ünvanlı portalları, eləcə də tərəfdaş saytları,  

facebook.com/DAMMIB/facebook.com/ink2015/facebook.com/sabitlik/facebook.com/ictimaiX.com/DAAMIinfo,  eyni zamanda, rəsmi Youtube kanalı ilə informasiya məkanında xüsusi ilə tanınmaqdadır. 

2015-ci ildən üzü bu yana, kiçik fasilələrlə, İNK geniş tədbirlər planı həyata keçirir: xüsusi ictimai-sosial fəallıq, rəsmi və qeyri-formal tədbirlər, çoxistiqamətli fəaliyyət və rəgarəng formatlarla hər həftə cəmiyyətimiz qarşısında ictimai hesabatını verməyə çalır. 

İNK ölmkəmizdə sağam tənqidi düşüncə, demokratik ictimai mövqe, dəqiq sosial-hüquqi qərarlar vermək baxımından unikal Vətəndaş Cəmiyyəti Platforması olduğundan, onun varlığından qorxuya düşən qüvvələr də az deyil. İfşa olunmağdan çəkinən o qara qüvvələr hər vəclə İNK Ailəsinin üzvləri və rəhbərliyi üçün problem yaratmağa çalışsalar da, bu ciddi vətəndaş cəmiyyəti təsisatı bütün sədləri yarmağa, çətinlikləri adlamağa qadir olduğunu öz əməli fəaliyyətləri ilə sübut edir.  

Sözsüz, belə çoxşaxəli və məhsuldar fəaliyyətlərində İKN-nın çatışmayan, tənqidediləsi halları da var, amma ad günündə bu haqda danışmağa ehtiyac görmürük…

P.S. 1 oktyabr İctimai Nəzarət Koalisiyasının və çoxsaylı İNK ailəsinin ad günüdür, onlar şərəfli fəaliyyətləri və nüfuzları, ictimai-sosial, hüquqi-mədəni mövqeləri ilə böyük təbrikə haqq edirlər və başda Rasim Məmmədov olmaqla, doğma Platformamızı səmim-qəlbdən təbrik edir, fəaliyyətlərinin növbəti mərhələsində yeni-yeni uğurlar arzulayırıq.  

Aydın Xan Əbilov,

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi/sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxana portalının təsisçisi, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq