Ermənistanın ekoloqları Nikol Paşinyanı və tərəfdarlarını saxtakarlıqda ittiham ediblər

0
530

Ermənistanın ekoloqları Nikol Paşinyanın Cermuk şəhərinə səfərinin formal olduğunu iddia ediblər.

Ekoloq Anya Xaçatryan bildirib ki, səfər ciddi əhəmiyyət daşımayıb. “Baş nazirin Cermuka səfəri formal alındı. O, camaatla görüş əvəzinə ayrı-ayrı sakinlərin mənzillərinə baş çəkməyə başladı”, – deyə ekoloq qeyd edib.

Digər ekoloq Anna Şahnazaryan baş nazirin müavini Tiqran Avinyanın “Lidian” şirkətinin müraciəti ilə bağlı təzminatın rekord məbləğini xatırladıb. Onun nöqteyi-nəzərincə, bu, əsassızdır.

Ekoloqlar həmçinin Texutsk mədəninin istismarı probleminə də toxunublar. Onlar bildiriblər ki, indiki maliyyə kollapsında hazırkı iqtisadiyyat naziri Tiqran Xaçatryan təqsirkardır.

Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.