Rusiya dörd ölkəyə qarşı terror iddiası irəli sürdü

0
72

Moskva “Şimal axını” partlayışlarının araşdırılması ilə bağlı Almaniya, Danimarka, İsveç və İsveçrəyə məhkəməyə qədər iddialar təqdim edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu iddialar 1997 və 1999-cu illərdə terror partlayışlarına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında beynəlxalq konvensiyalar əsasında irəli sürülüb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, qaz kəmərlərində partlayışlarda iştirak edə biləcək digər ölkələr də sıradadır.

Zaxarova deyib ki, “Şimal axını” operatorunun qeydiyyatda olduğu İsveçrə baş verənləri araşdırmağa belə cəhd etməyib, eksklüziv iqtisadi zonalarında fövqəladə vəziyyət yaranan Danimarka və İsveç isə tez bir zamanda araşdırmalarını dayandırıb və heç bir nəticə verməyib. Zaxarova əlavə edib ki, Almaniya, hər iki qaz kəmərinin son nöqtələri bu ölkədə yerləşsə də, hələ heç bir nəticə barədə məlumat verməyib.

Həmçinin, Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, “bu yaxınlarda Berlin tərəfindən şübhəlilərin tutulması üçün göndərilmiş həbs orderləri icra olunmayıb, buna görə də “Polşada olan ən azı bir şübhəli Ukrayna ərazisində gizlənməyə müvəffəq olub”.