Zelenskidən BƏD XƏBƏR: Bu səhər Rusiya ordusu…

0
48

Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın Sumı şəhərindəki xəstəxanaya endirdiyi aviazərbələr nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin “Telegram”dakı paylaşımında deyilir. Məlumata görə, binaya ciddi ziyan dəyib, 113 nəfər təxliyə edilib.

Zelenski qeyd edib ki, yerli strukturların nümayəndələri hadisə yerində əməliyyat tədbirləri həyata keçirir.

“Dünyada bu müharibədən xəbəri olan hər kəs Rusiyanın hansı obyektləri hədəf aldığına da diqqət yetirməlidir. Onlar xəstəxanalarda və mülki müəssisələrdə olan xəstələri hədəf alırlar. Rusiyanı yalnız güc yolu ilə sülhə məcbur etmək olar”, – Ukrayna rəhbəri yazıb.