İranla Ermənistanın Araz çayı ilə bağlı planı: Müzakirə olunur

0
87

Ermənistan və İran Araz çayı üzərindən ikinci körpünün tikintisinin texniki aspektlərini müzakirə etməkdə davam edir.

Bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildiriblər.

“Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur”, – nazirlik qeyd edib.

May ayında bu layihənin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması barədə məlumat verilmişdi.

Xatırladaq ki, Araz üzərində yeni körpünün planlaşdırılması üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvanda onun 1995-ci ildə tikilmiş mövcud körpü ilə paralel tikintisinin mümkünlüyünü istisna etmirlər.