Bütün vasitələrdən istifadə edilməlidir: Paşinyanın Ərdoğana müraciətinə Köçəryandan reaksiya

0
72

Türkiyə regionda əsas oyunçu kimi sülhün bərqərar olunmasında, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında iştirak etməlidir.

Bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

Bu şərh Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Ərdoğandan Bakı ilə danışıqlarda kömək istəməsi ilə bağlı yayılan xəbərlərdən sonra verilib.

“Türkiyə regional proseslərin əsas iştirakçısıdır və Azərbaycanın ən yaxın müttəfiqidir. 44 günlük müharibə zamanı biz bunu kəskin hiss etdik… Amma sülhə nail olmaq üçün biz bütün mövcud resurslardan istifadə etməliyik və onlardan biri də prosesdə Türkiyənin də iştirakıdır”, – Köçəryan vurğulayıb.

O, həmçinin xatırladıb ki, əvvəllər bütün ermənilərin katolikosundan İstanbuldakı patriarx vasitəsilə erməni əsirlərin qaytarılmasına köməklik göstərilməsi xahişi ilə Ərdoğana müraciət etməyi xahiş edib.

Sentyabrın 24-də Nyu Yorkda, “Türk Evi”ndə Paşinyanla Ərdoğan arasında görüş olub.