Bu ölkə İsraili müharibə ilə hədələdi: Əgər bir də Livanın…

0
81

ABŞ rəsmiləri İsrailə “Hizbullah” hədəflərinə hücumlar zamanı Livanın hökumət infrastrukturunun məhv edilməməsi tələbini çatdırıblar.

Bu barədə İsrailin “12” telekanalı məlumat yayıb.

Qeyd edək ki, ABŞ daha açıq şəkildə bildirmişdi ki, Vaşinqton üçün qırmızı xətlər İsrailin “şüurlu və düşünülmüş” hərəkətləri olacaq ki, bu da genişmiqyaslı müharibəyə gətirib çıxaracaq.

İndi Amerika tərəfinin tələbləri aydınlaşdırılır. Tələbə görə, İsrail heç bir halda Livanın dövlət infrastrukturuna zərər vurmamalı və hərbi əməliyyatlar planlaşdırarkən “Hizbullah”ın hədəflərini mümkün qədər dəqiq müəyyən etməlidir.