Trampdan sensasion iddia: İrandan ölüm təhdidləri alıram

0
23

ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatına qarşı böyük təhdidlər aldığını bəyan edib.

Tramp bu barədəsosial media platforması olan “Truth Sosial” hesabında açıqlama verib.

Tramp deyib ki, bütün ABŞ ordusu son olanları izləyir və gözləyir:

“İran daha əvvəl də bəzi addımlar atdı, amma işə yaramadı. Onlar yenidən cəhd edəcəklər. Silahlı insanların əhatəsindəyəm. ABŞ Məxfi Xidməti üçün əlavə büdcəni yekdilliklə təsdiqlədiyi üçün ABŞ Konqresinə təşəkkür edirəm”.

Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatında keçirdiyi mitinqdə sui-qəsd cəhdindən qulağından aldığı xəsarətlə sağ çıxıb. Daha sonra sentyabrın 15-i axşam saatlarında Trampın Florida ştatında olduğu yerin yaxınlığında atəş səsləri eşidilib. Atəş açan şəxs həbs edilib.