“Yandex”dən şok əməl: Sürücü və sərnişinlərin məlumatını Rusiyaya ötürür

0
34

Gürcüstanın Şəxsi Məlumatların Mühafizəsi Xidməti “Yandex Go” brendi altında taksi xidmətləri göstərən “Ridetech Georgia” şirkətini məlumatların saxlanması qanunlarını pozduğuna görə cərimələyib.

Bu barədə “Exo of Caucasus” məlumat yayıb.

Məlumatda bildirilir ki, “Yandex Go” tətbiqi Rusiyada yerləşən serverlərə qoşulub və onlar qanunla qadağan edilən sürücü və sərnişinlərin şəxsi məlumatlarını emal ediblər.

Şirkət 4000 lari (2460 manat) məbləğində cərimələnib və transsərhəd məlumat ötürülməsini dayandırmaq əmri verilib.

2016-cı ildən Gürcüstanda müxtəlif brendlər altında olan “Yandex” taksiləri fəaliyyət göstərir.