Lukaşenkodan ŞOK XƏBƏRDARLIQ – Zelenskini onlar aradan götürəcəklər

0
67

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskinin ukraynalı agentlər tərəfindən aradan götürülməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Belarus lideri bu barədə Rusiya telekanallarından birinə müsahibəsində bildirib və müsahibədən bir parça mediada dərc olunub.

O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun icraçı olacağını deyib.

“Siz (Volodimir Zelenski) sevinməyin, xalqınız üçün xain olacaqsınız. Və sonda eyni Kirill Budanov kimisə göndərəcək – xain kimi aradan götürüləcəksiniz. Hamısı budur”, – Lukaşenko telekanala müsahibəsində vurğulayıb.

Lukaşenko Zelenskinin ABŞ və Böyük Britaniyanın dəstəyinə arxalanmaması fikrini də dilə gətirib və Ukrayna liderinin Qərbə köçmək təklifini qəbul edəcəyi təqdirdə xalqı üçün satqın olacağını deib.

Lukaşenko bir qədər əvvəl İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna üzrə danışıqların bərpasının zəruriliyindən danışıb və bunun münaqişənin sonrakı həlli üçün münasib əsas ola biləcəyini vurğulayıb.