Bu türk dövləti vətəndaşlarına çağırış etdi: Rusiyaya getməyin!

0
59

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Bu barədə Qırğızıstan XİN bəyanat yayıb.

“Rusiyada həyata keçirilən əlavə təhlükəsizlik tədbirləri və sərhədi keçmək istəyən əcnəbi vətəndaşlara qarşı nəzarət və yoxlama tədbirlərinin gücləndirilməsi ilə əlaqədar Qırğızıstan vətəndaşlarını üzrlü səbəb olmadan Rusiya ərazisinə daxil olmaqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatında qeyd olunur.