Qlobal bazar qarışacaq: 3-cü dünya müharibəsinin işarələri verildi

0
63

Türkiyənin maliyyə analitiki İslam Memiş bildirib ki, Yaxın Şərqdə müharibə davam edərsə, 3-cü dünya müharibəsi başlayacaq və bazarlar qarışacaq.

Beynəlxalq Kredit Dərəcələndirmə Təşkilatı “Moody’s” Türkiyənin kredit proqnozunun “B3″dən “B1″ə yüksəldiyini bildirib. 11 ildən sonra 2 ballıq artım daxili bazarlar üçün müsbətdir. Xüsusilə birjada yüksəliş və TL-nin bahalaşması qaçılmazdır.

Ekspertin sözlərinə görə, daxili bazarlarda normal, xarici bazarlarda isə gərgin bir həftə gözlənilir:

“İsrail-Fələstin gərginliyi xarici bazarlara təsir edəcək. Yaxın Şərqdə işlər getdikcə pisləşir. İsrail regional müharibə istəyir. İsrailin planı davam edərsə, qlobal bazarlarda təlatüm yaranacaq. Digər tərəfdən, ABŞ prezidenti Co Baydenin namizədlikdən geri çəkilməsi qlobal bazarlarda yeni qiymətlərin yaranmasına səbəb ola bilər. Xaricdə həm siyasi, həm də geosiyasi qeyri-müəyyənliklər davam edir. Xüsusilə kriptovalyuta bazarında ticarət edənlər diqqətli olmalıdırlar”.