Azərbaycanda müxalifət heç kimə lazım deyil – Millət vəkili

0
578

Bu günlərdə Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədovun Feysbuk səhifəsində Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini Azərbaycana qarşı xarici təbliğata və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləməsi ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanıb.
Bu sözləri açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. O, Avropadakı bəzi siyasi mühacirlərin Azərbaycanın inkişafına kölgə salmaq istədiyini bildirib:
“Hər kəsə məlumdur ki, dağıdıcı müxalifət partiyalarının fəalları, xüsusən də xaricdəki havadarlarının verdiyi qrantlar hesabına Avropada mühacir həyatı yaşayan bir neçə elinə-obasına dönük çıxan şəxs sosial şəbəkələr “qəhrəman”ına çevrilərək, Azərbaycan dövlətinə, xalqına qarşı təxribatlarla məşğuldurlar. Uzaqgörən, müdrik Azərbaycan xalqı 1990-cı illərin əvvəllərindən müxalifətə inanmır. O zamanlar müxalifət Azərbaycanı elə bir dərin uçuruma yuvarlatmışdı ki, əgər dahi siyasətçi Heydər Əliyev xalqın təkidi ilə o dövrdə Bakıya gəlməsəydi, bu gün dünya arenasında söz sahibinə çevrilən ölkəmizdən əsər-əlamət qalmayacaqdı. Haqlı olaraq xalq öz gələcəyini müxalifətə, Əli Kərimli və onun kimi siyasətbazlara inanmaqda deyil, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməkdə görür. O zamanlar ölkədə hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, 1993-cü ildən sonra dövlət müstəqilliyinin möhkəmlənməsi, Azərbaycanın inkişafı göz qabağındadır”.
N.Həmzəyev müxalifətin atacağı hər hansı bir addımın cəmiyyətin hakimiyyətə qarşı xoş münasibətini dəyişə bilməyəcəyini söyləyib:
“Çox təəssüf ki, bu gün ölkədə heç kimə lazım olmayan müxalifət xaricdə siyasi mühacir kimi sığınacaq alan bəzi satılmış azərbaycanlılara möhtacdır. Şəxsi mənafelərini milli maraqlardan üstün tutan müxalifət təmsilçiləri ağına-bozuna baxmadan ölkəmizə qarşı yalan və böhtan dolu kampaniya aparır, hakimiyyəti tənqid edir, görülən işlərə kölgə salmağa çalışırlar.