Dünən – Cümə günü Rusiya paytaxtının Basovskaya küçəsindəki bir ev-məsciddə gözlənilmədən müsəlmanların sənədlərinin yoxlanılması aparılıb.
Bu məqsədlə “OMON” (xüsusi təyinatlı polis dəstəsi) Cümə namazından sonra dindarları mühasirəyə alıb.
Şahidlərin sözlərinə görə, yoxlama “tanınma nişanları olmayan silahlı şəxslər” tərəfindən aparılıb. Namaza gələnlər hər birinin baza yoxlanışından keçməsindən ötrü uzun müddət ayaq üstə dayanmaq məcburiyyətində qalıblar.
Qeyd edilir ki, məscid Müfti Ildar Alyautdinovun başçılıq etdiyi Moskva Müsəlmanları Ruhani İdarəsinin tabeliyindədir.