Türkiyə ilə bağlı DƏHŞƏTLİ RƏQƏMLƏR – 16 minə yaxın insan xəsarət aldı

0
68

“Qurban bayramının ilk günü ölkədə 16 minə yaxın insan xəsarət aldıqdan sonra həkimə müraciət edib”.

Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

O vurğulayıb ki, 16 min nəfərdən 1274-ü Ankarada, 840-ı İstanbulda, 416-sı İzmirdə həkimə müraciət edib. Nazirin sözlərinə görə, bu, heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi zamanı baş verib.