Məşhur həkimdən tövsiyə: balqabaq tumunu qabığı ilə yesəniz…

0
101

Müxtəlif yeməklərdə istifadə edilən balqabaq tumları qida dəyəri və sağlamlıq baxımından üstünlükləri ilə diqqət çəkir.

Bu tumların tərkibindəki yağlar, zülallar, liflər, vitaminlər və minerallarla ürək sağlamlığını dəstəkləmək, həzmi tənzimləmək, qan şəkərini tarazlaşdırmaq, antioksidant təsirlər kimi bir çox faydaları var.

Türkiyəli həkim Osman Müftüoğlu balqabaq tumunu qabıqları ilə birlikdə istehlak etməyi tövsiyə edir. Onun sözlərinə görə, hər gün bir ovuc balqabaq tumunu istehlak etməyin bir çox faydası var.

Həkim bildirib ki, bu tumu qabıqları ilə birgə yemək dəmir çatışmazlığının da aradan qalxmasına kömək edir.

Lakin həddindən artıq istehlak etsəniz, sızanaqlara, çəki artımına və bəzi sağlamlıq problemlərinə də səbəb ola bilər.

Roza