Ermənistan parlamenti hökumətin istefasına baxacaq – Tarix açıqlandı

0
50

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib.

Göstəriş qanunverici orqanın saytında dərc olunub.

Məlumata görə, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəsi daxil ediləcək.

Daha öncə “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirmişdi ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq.