Cənnətdəki dogum günün mübarək olsun

0
130

Vətən müharibəsi şəhidi Ruslan Qabil oğlu İdrisovun doğum günü münasibətilə xatirəsi anılmışdır

Əslən Qəbələ rayonu Qəmərvan kəndindən olan İdrisov Ruslan Qabil oğlu 2002 ci il iyun ayının 6-sı Ukraynada anadan olmuşdur. 2009 cu ildə Qəbələ rayonu 3 saylı tam orta məktəbin 1ci sinfinə getməyə başlamış , 2020 ci il Zarağan kənd 2 saylı tam orta məktəbin 11ci sinfini bitirmişdir. 2020 ci il 11 iyulda həqiqi hərbi xidmətə getmişdir. Ruslan 2020 ci il 27 sentyabrda başlanan müharibədə həqiqi hərbi xidmət etdiyi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədən iştirak etmişdir .Ailəsi ilə sonuncu danışığı 21 sentyabrda olmuşdur. Müharibə vaxtı əlaqə saxlanıla bilməmiş, iki aya yaxın sonra şəhid olduğu təsdiqlənmiş, 27 noyabrda ailəsinə şəhid olduğu xəbəri verilmişdir.Şəhid İdrisov Ruslan 2020 ci il 28 noyabrda Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid İdrisov Ruslan Qabil oğlu (ölümündən sonra) Vətən uğrunda medalı ilə təltif edilib.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Qəbələnin Nic qəsəbə şəhid Ruslan İdrisovun doğum günüdür. Tədbirdə axundlar ,yazarlar , şəhidin dərs dediyi müəllim kollektivi , Qəbələ şəhid ailələri, Mingəçevir şəhid ailələri,DAMM Qəbələ nümayəndliyi rəhbəri, , məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoylmuş,ruhuna dualar oxunmuşdur.

Tədbir İntellektual İnkişaf Mərkəzində cay süfrəsi arxasında davam etmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri