Zəfəri nurlandıran Nurlan

0
107

31.05.2024 – cü il tarixdə Şuşa rayon 24 nömrəli ümümi orta məktəbin U.B.T-rəhbəri Ramella Quliyeva tərəfindən 44-günlük Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qanı,canı ilə tarix yazmış, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı əslən Şuşa şəhərindən olan Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə şəhid Nurlan Həsənovun atası Nadir müəllim,anası Həqiqət xanım, bacısı və şəhidimizin həyat yoldaşı Gülnar xanım övladları Məhəmməd və Nurgül iştirak etmişdir.
Tədbirdə Qəbələ şəhərinin çoxsaylı şəhid anaları , ataları və Şəhid ailələri cəmiyyətinin sədri Təranə Alməmmədova iştirak etmişdir.
Tədbir ilk öncə Dövlət Himni səslənmiş və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə məktəb uşaqlarının ifasında şəhid Nurlana həsr olunmuş şerlər səslənmiş,nəğmələr ifa olunmuşdur.
Şagirdlərin ifasında hazırlanmış kompozisiya iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş, Xarıbülbül rəqsi tədbir iştirakçılar tərəfindən alqışla qarşılanmışdır.
Şəhid Nurlan Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən geniş məlumat verilmişdir.
Qürur mənbəyimizə çevrilmiş ,şəhidlərimizi qürur,hörmət və ehtiramla yad edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah rəhmət eləsin.

Alməmmədova Təranə

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri