2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.