Ali məktəblərə qəbulda dəyişikliklər olacaq – YENİLİKLƏR AÇIQLANDI

0
218

2024-cü il ali təhsil müəssisələrinə qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcək.

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbulda plan yerləri artacaq.

“Bu il universitetlərin qəbul plan yeri 60 mindən çox olacaq. Bu, universitetə qəbul olanların sayına müsbət təsir göstərəcək. 14 il əvvəl universitetə 29 min nəfər qəbul ola bilirdisə, bu il artıq onların sayı 60 mindən çoxdur. Həmçinin, cari ildə keçid ballarında enmə müşahidə edəcəyik. Bunun ilk səbəbi plan yerlərinin artmasıdır. İkinci səbəb isə universitetlərə sənəd verənlərin sayında azalmadır. Artıq 2024-cü ildə Qarabağ Universiteti də fəaliyyətə başlayacaq.

İxtisas qrupları üzrə ciddi bir dəyişiklik olmayacaq. Sadəcə, bakalavr pilləsində bir neçə yeni ixtisas olacaq. Lakin qəbul qaydalarında, fənn bloklarında hər hansı bir dəyişiklik olmayacaq”, – deyə K.Əsədov bildirib.