Dekabrda Azərbaycanda rekord məbləğdə dollar satılıb – Nə baş verir?

0
147

Dekabrın hələ bitməməsinə baxmayaraq yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

“Mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Azərbaycan idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollar alışını artırır. Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”.

Qeyd edək ki, digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı- 234.7 milyon dollar; oktyabr- 202.6 milyon dollar; sentyabr- 164.5 milyon dollar; avqust- 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun- 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb.