İrəvan Moskvanı bunun qarşılığında Qərbə satır – Lavrovdan sərt sözlər

0
184

“Ermənistan Qərbin qeyri-müəyyən vədlərinə inanaraq, Rusiya ilə müttəfiqliyini dəyişməyə çalışır”.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın xarici siyasət xəttini yenidən formalaşdırmaq istəyi qərblilərin nəsihətlərindən qaynaqlanır.

“Qərb Ermənistana konkret yardım yox, qeyri-müəyyən vədlər verir, İrəvan da Moskva ilə zamanın sınağından çıxmış müttəfiqliyini bu vədlərə dəyişir. Strateji dəyişikliyə haqq qazandırmaq üçün respublikanın bütün bədbəxtliklərinə, o cümlədən, Qarabağa görə Rusiyanı günahlandırmağa çalışır. Biz bu haqda ictimaiyyətə açıqlamalar vermişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını yenidən sadalamağın mənası yoxdur”, – Lavrov bildirib.