Ukraynanın bu şəhəri işğal edildi: Rusiya 45 hərbçini mükafatlandırdı

Ukraynanın Marinka şəhərinin tutulması zamanı göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 45 hərbçi medallarla təltif edilib. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Əsgərlər “İgidliyə görə” ordeni, “Şücaətə görə” və 6-cı dərəcəli Müqəddəs Georgi Xaç medalları ilə təltif ediliblər.

Onları Cənub Qüvvələr Qrupu komandanının hərbi-siyasi işlər üzrə müavini general-leytenant Vladimir Jarov təqdim edib.

O, şəhərin tutulmasında igidlik və şücaət göstərdiklərinə görə əsgərlərə minnətdarlığını bildirib.