Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu avqust ayında da pensiyaların maliyyələşdirilməsi sahəsində işləri vaxtından əvvəl başa çatdırıb.
Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, görülmüş tədbirlər nəticəsində bütün növ əmək pensiyaçılarına pensiyaların ödənilməsi tam təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri tərəfindən ödənilib. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər də vaxtlı-vaxtında maliyyələşdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.